2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 43 mlrd. 389,9 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-noyabr aylarının yekunları üzrə orta illik inflyasiya 13,4% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 7,2% - 4,459 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 39 mlrd. 692,4 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarının göstəricisindən 8,4% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.**
B.Rüstəmbəyov