Milli Məclis cümə günü keçirilən plenar iclasda"Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsini birinci oxunuşda səsə qoyaraq qəbul edib.
“Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun 1999-cu ildə qəbul edilib. O dövrdə respublikada maliyyə vəziyyəti fərqli idi. Ötən təxminən 20 il ərzində vəziyyət mühüm dərəcədə dəyişilib. Xüsusilə, dövlət büdcəsinin gəlir və xərcləri artıb. Buna görə, qanunun yeni redaktəsinə ehtiyac yarandı”, - parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəbildirib.
Onun sözlərinə görə, yeni qanun 6 fəsil və 41 maddədən ibarətdir.
“Qanunun yeni redaktəsində dövlət maliyyə ehtiyatlarına nəzarət üsullarının təkmilləşdirilməsi, o cümlədən səmərəlilik auditinin aparılması hesabına Palatanın həyata keçirdiyi yoxlamaların efektivliyinin artırılmasını nəzərdə tutulur, yeni monitorinq üsullarını müəyyən edir”, - Z.Səmədzadəqeyd edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov öz növbəsində deyib ki,yeni redaktə Palatanın imkanları və funksiyalarını genişləndirməyə, qurumun fəaliyyətini müasir çağırışlar və beynəlxalq standartklara uyğunlaşdırmağa imkan yaradacaq. “Ən mühüm odur ki, hüquqi bazanın təkmilləşdirilməsi ölkə prezidentinin maliyyə intizamı və dövlət vəsaitlərinə maliyyə nəzarətinin gücləndirilməsinə dair tapşırıqlarını həyata keçirməyə şərait yaradacaq”, - o əlavə edib. **
A.Əzizov