“Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Dövlətimizin başçısına Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur.
Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib.
Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.
Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1,5 min manatdır. **
B.Rüstəmbəyov