Sərnişindaşıma ilə məşğul olan“Çinar Trans” MMC tərəfindən 2018-ci ildə Bakıya 85 ədəd yeni avtobus gətiriləcək. Bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
“2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
“Avro 5” standartlarına cavab verən yeni avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verəcək. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək.*
N.Abbasova