Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Naxçıvan Muxtar Respublikasında prixod aça bilər.
“Bu günlərdə Naxçıvanda oldum. Orada prixod açmaq təklifi aldım”, - Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr 2017-ci ilin yekunlarına həsr olunan illik Yeparxiya toplantısında bildirib.
Keşişin sözlərinə görə, Naxçıvanda prixod açmaq üçün “NMR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən heç bir maneə yoxdur”.
“Anladığım kimi, Naxçıvan rəhbərliyi tərəfindən əngəl olmayacaq. Əksinə, bu dəstək məhz onun tərəfindən gəlir”, - Arxiyepiskop qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə kilsə öncə “icma yaratmalı və müvafiq işlərin həyata keçirilməsi üçün yer tapmalıdır”. **
F.İsazadə