Bakı və Tel-Əviv birgə müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edir. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun məqaləsində deyilir.
“İsrailin “Aeronavtika” şirkəti ilə birgə müəssisə yaratmışıq, Müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edirik”, - “Azərbaycan qəzetində dərc olunan məqalədə qeyd olunur.
Nazir həmçinin vurğulayıb ki, Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır.
“Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var”, - Y.Camalov bildirib.
Onun sözlərinə görə, snayper tüfənginin nişan məsafəsi 3 min metr təşkil edəcək. **
R.Babayev