2018-ci il yanvarın 16-da “Nikoil” İKB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın elanında deyilir.
"Səhmdarların yanvarın 16-da keçiriləcək növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalına dəyişikliyin edilməsi məsələsi müzakirə olunacaq", - deyə elanda qeyd olunur.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.*
A.Əzizov