2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda turizm xidmətlərinin balansının profisiti $331,2 mln. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin həcmi 12% artaraq $4,4 mlrd. təşkil edib”, - 9 ay ərzində tədiyə balansının məlumatına istinadən bankdan bildirilir.
2017-ci ilin hesabat dövründə qeyri-rezidentçlər tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən turizm xidmətlərinin həcmi $2 mlrd.-ı ötüb. “Bu həcmin 72,5%-i xaricə səfərlər zamanı Azərbaycan vətəndaşlarının xərclərinin payına düşür”, - AMB-dən qeyd ediblər.
Ötən 9 ay ərzində Azərbaycan turist axının 2016-cı ilin analoji dövrü ilə müqayisədə 20,5% artıb.
Xəbər verildiri kimi, ötən il Azərbaycanda turizm xidmətlərinin balansının profisiti $219 mln. təşkil edib. **
A.Əzizov