Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşmış televiziya kanalının yaradılması üçün keçirilən müsabiqə çərçivəsində sənəd qəbulunu başa çatdırıb.
MTRŞ-nin məlumatına görə, Bakı və Abşeronda yayımlanacaq ixtisaslaşmış xəbər televiziya kanalının açılması üçün müsabiqəyə sənədlər «BAKU ART LAB» MMC, «Turkel TV» MMC və «MEDIA MASTER» MMC tərəfindən təqdim edilib.
«MTRŞ qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqənin nəticələrinə baxacaq və müvafiq qərar qəbul edəcək», - deyə məlumatda bildirilir.*
F.İsazadə