Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Data Center” yaradılmasına sərmayələr $60 mln. təşkil edib. Bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.
O qeyd edib ki, Mərkəzin yaradılmasında texnoloji cəhətdən güclü hesablama, kommunikasiya avadanlığından istifadə olunub.
“Data Center” məlumatın işlənməsi, saxlanılması və tranziti, həmçinin yüksək müdafiə səviyyəsinin təminatında xarici və yerli müştərilərə xidmətlər göstərəcək”, - E.Pirverdiyev bildirib.
“Data Center” dekabrın 15-də istifadəyə verilib.
Mərkəzin tikintisi "STDC" MMC (Sumgait Technologies Data Center) tərəfindən həyata keçirilib. Bunu üçün SKSP-nin ərazisində 3,3 hektar torpaq sahəsi ayrılıb. 17 iyul 2016-cı ildə qeydiyyata alınan "STDC" MMC 2017-ci il martın 31-də Parkın rezidenti statusu əldə edib. **
B.Rüstəmbəyov