Dekabrın 26-27-də Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
«Hökumətlərarası komissiyanın iclası 26-27 dekabr tarixlərində İranda keçiriləcək. İclas başa çatdıqdan sonra hər iki ölkənin hökumət nümayəndələri Astara şəhərinə (İran) yola düşərək Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun açılışında iştirak edəcəklər», - deyə səfirliyin nümayəndəsi bildirib.
Komissiyasının 11-ci iclası ötən iln dekabr ayında Bakı və Naxçıvanda keçirilib.*
F.İsazadə