Şimali Atlantika Alyansının baş katibinin müaviniRouz Getemüller Dağlıq Qarabağ ətrafında münaqişəsinin həlli prosesində müsbət inkişafa ümid edir.
“NATO yeni, müsbət məqam görməyi arzu edir. Qarabağ münaqiçşəsinin həll bütün regiona müsbət təsir göstərəcək”, - R.Getemüller bazar ertəsi İrəvan Dövlət Universitetində görüş zamanı bildirib
R.Getemüller “NATO həftəsi” çərçivəsində İrəvanda səfərdədir.
O həmçinin Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında keçirilən görüşləri müsbət qiymətləndirib.
“Biz göstərilən diplomatik səylərdən məmnunuq və yaxın zamanda nəticələrin olacağına ümid edirik”, - NATO nümayəndəsi bildirib. **