Dekabrın 18-də Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (Multilateral Investment Guarantee Agency - MIGA) icraçı direktoru Keyko Honda Azərbaycana səfər edəcək. Bu barədə Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib.
“Səfərin məqsədi - Azərbaycan hökuməti və özəl investiorlarla danışıqların keçirilməsidir”, - məlumatda qeyd olunur.
Hazırda Azərbaycan hökuməti ortamüddətli inkişaf strategiyasını müəyyən edir və biznes mühitin yaxşılaşdırılması məqsədilə islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirir.
“Azərbaycanın infrastruktura ehtiyac duyur və bu tələbatın ödənilməsi üçün transsərhəd investorların imkanlarından istifadə edə bilər. Ümir edirəm ki, səfər çərçivəsində MIGA-nın Azərbaycanın üinkişafı məqsədilə özəl kapitalın cəlb olunmasında iştirakına dair imkanlarla tanış olacağam”, - K.Honda vurğulayıb.
MIGA 1988-ci ildə yaradılıb. Bu dövr ərzində agentlik 110 ölkədə 800-dən artıq layihənin reallaşdırılmasını dəstəkləyib. **
A.Əzizov