İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günləri 194 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.*
F.İsazadə