2017-ci ildə ixrac missiyaları zamanı Azərbaycan şirkətləri məhsulların xaricə ixracını nəzərdə tutan təxminən 30 saziş imzalayıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
“Cari il ixrac missiyaları nəticəsində təxminən 30 saziş imzalanıb. Hazırda onlardan 10 saziş reallaşdırılma mərhələsindədir”, - Y.Abdullayev bazar ertəsi mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə AZPROMO tərəfindən 10 ixrac missiyası təşkil olunub. **
B.Rüstəmbəyov