Bakı Ağır Cinayətlər Məhkəməsi baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi 6 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə yerli mətbuat məlumat verir.
Cari ilin avqust ayında N.Allahverdiyev avtomobil ilə ölümlə nəticələnən yol qəzası törədib. Nəticədə bir nəfər həlak olub, iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məhkəmənin hökmü ilə N.Allahverdiyev AR Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə müqəssir bilinərək azadlıqdan məhrum edilib. **
F.İsazadə