2017-ci ildə Azərbaycan iqtisadiyyatında vəziyyət sabitləşib. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5%, qeyri-neft sənaye sahəsində 3%-dən çox, aqrar sektorda isə 4%-dən çox inkişafa nail olunub”, - İ.Əliyev bazar ertəsi Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (Multilateral Investment Guarantee Agency, MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda ilə görüşdə bildirib.
Prezident dedi ki, neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərib. “Buna baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70%-ni təşkil edib”, - o vurğulayıb.
Görüşdə İ.Əliyev Azərbaycanın MIGA ilə uğurlu əməkdaşlığını qeyd edib.
O, agentliyin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına gÖstəridiyi maliyyə dəstəyini misal çəkib. İ.Əliyev əlavə edib ki, Dünya Bankı TANAP layihəsi üçün kredit vəsaiti ayırıb. MIGA da həmin layighəyə investisiya zəmanəti verib. Prezident TANAP layihəsi ilə bağlı “işlərin qrafikə uyğun”, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirdi.
İ.Əliyev qeyd edib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsinə dair müqavilənin 2050-ci ilədək uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.
O cümlədən, həmsöhbətlər Azərbaycan ilə Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. **
A.Əzizov