Ödəniş kartları ilə "ASAN xidmət” mərkəzlərində POS-terminallar vasitəsilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən aparılan əməliyyatlarda "interçeync” xidmət haqlarının (interchange fee) tətbiq edilməməsi (sıfır tarifi ilə tətbiqi) qərara alınıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) qeyd edilir.
Bu qərar yalnız ölkə daxilində emissiya olunan ödəniş kartlarına şamil edilir. Aparılan əməliyyatların xidmət haqlarının tətbiq edilməməsi ilə emal olunması məqsədilə Banklararası Kart Mərkəzi səviyyəsində yeni Merchant Category Code (MCC kod) təyin edilib.
Bu məqsədlə "Banklararası Kart Mərkəzi üzərindən əməliyyatların aparılmasına dair Kollektiv Saziş”ə müvafiq düzəlişlər ediləcək.
Paltadan bildirilir ki, hazırda "Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı "ASAN xidmət” mərkəzlərində, o cümlədən "Kapital Bank” ASC tərəfindən 4 saylı Bakı "ASAN xidmət” mərkəzində, 2 saylı Bakı "ASAN Kommunal Mərkəzi”ndə və Masallı "ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırılıb. **
A.Əzizov