Azərbaycan idmançıları 2017-ci ildə 851 medal qazanıblar. Bunu prezident İlham Əliyev deyib.
«Bu il bir çox idman qələbələrimiz olub. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar», - deyə o, bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar.
«Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir», - deyə İ.Əliyev qeyd edib.*
F.İsazadə