2018-ci ildə Azərbaycanın 3 rayonunda Olimpiya mərkəzləri tikiləcək. Bunu prezident İlham Əliyev deyib.
«Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik», - deyə o, bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılıb ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.
İ.Əliyev qeyd edib ki, Azərbaycan hökuməti sonrakı illərdə də idmana dəstək siyasətini davam etdirəcək.
«Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir», - deyə dövlət başçısı vurğulayıb.*
F.İsazadə