2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 504 mln. 234 min 798,63 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,4% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 335 mln. 764 min 636,98 manat (artım 15,5%) və ya bütün bazar üzrə sığorta haqlarının 66,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 155 mln. 559 min 27,55 manat (artım 48,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 180 mln. 205 min 609,43 manat təşkil edib (azalma 3,3%).
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 168 mln. 470 min 161,65 manat (artım 6,8%) təşkil edib.
Cari ilin 11 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 230 mln. 880 min 320,25 manat yönəldiblər ki, bu da ötən ilin 11 ayının göstəricisindən 5,9% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 179 mln. 720 min 24,22 manat (artım 8,2%) və ya bazar üzrə bütün ödənişlərin 77,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 110 mln. 562 min 996,11 manat (artım 28,1%), qeyri-həyat sığortası üzrə ödənişlər 69 mln. 155 min 850,45 manat məbləğində olub (azalma 13,3%).
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 51 mln. 161 min 473,69 manat (azalma 1,5%) təşkil edib.**
A.Əzizov