2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac1 mlrd. 387 milyonABŞ dolları həcmində olub, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 22%-dən çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Bu dövrdə ixrac strukturunda əsas həcm pomidor (140,2 mln. ABŞ dolları), qızıl(116,4 mln. ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı(105 mln. ABŞ dolları) tutub.
Ümumilikdə, 11 ay ərzindəmeyvə-tərəvəz ixracı 453 mln. ABŞ dollarıtəşkil edib.
Hesabat dövründə Rusiyaya 498 mln., Türkiyəyə 264 mln., İsveçrəyə 133 mln., Gürcüstana 120 mln. və İtaliyaya 52 mln. ABŞ dollarıdəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin noyabr ayında Azərbaycanın qeyri-neft ixracının həcmi $168 mln. təşkil edib. 422 şirkət və fiziki şəxs tərəfindən ixrac əməliyyatları həyata keçirilib. Bununla belə, ötən ay Azərbaycan məhsullarının ixrac olunduğu ölkələrin beşliyinə daxildir: Rusiya ($74 mln.), Türkiyə ($21 mln.), İsveçrə ($18 mln.), Gürcüstan ($12 mln.) və İtaliya ($9 mln.).
Cari ilin noyabr ayındaxurmanın ixracının dəyəri 39,7 mln.ABŞ dolları, qızılın - 17,9 mln. ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının - 16,1 mln. ABŞ dolları təşkil edib.
2016-cı ildə Azərbaycanda qeyri-neft ixracının həcmi 16,4% - $1 mlrd. 237,1 mln.-a qədər azalıb. **
B.Rüstəmbəyov