Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
В частности НФПП считает приоритетным кредитование проектов: стартапов, предприятий по производству гранатового концентрата, растительных масел, переработке молока и производству сухофруктов. Кроме того, фонд считает целесообразным разведение в районе племенных дойных коров, создание хозяйств интенсивного садоводства и пчелиных пасек.
Xüsusilə, SKMF startap layihələri, nar konsentratı, bitki yağları istehsalı, süd emalı və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini prioritet hesab edir. Bununla belə, Fond rayonda sağmal inəklərin yetişdirilməsi, intensiv bağçılıq və arıxanaların yaradılmasını məqsədəuyğun hesab edir.
“Goranboy rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğin 150 mln. manat təşkil edəcəyi planlaşdırılır.**
B.Rüstəmbəyov