Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
«V.Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib”, - deyə məlumatda bildirilir.
Səfirin sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlərin səmimi xarakteri bundan sonra da davam etdiriləcək. O, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
Nazir E.Məmmədyarov fəaliyyəti müddətində səfir V.Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirib.*
F.İsazadə