“Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışov iri məbləğdə dədləduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittihamı ilə həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib
“Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Həmçinin C.Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“C.Alışovun və H.Fətəliyev cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 mlnş 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşib”, - məlumatda deyilir.
O cümlədən, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri Baş prokuroruyanındaKorrupsiyayaqarşı MübarizəBaşİdarəsi tərəfindən həyata keçirilir. **
R.Babayev