2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələrinin həcmi 1,7 dəfə artıb, xaricə pul köçürmələri isə 1,5 dəfə azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
"Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri $725,5 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7 dəfə çoxdur", - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 1,5 dəfə – $248,3 mln.-dək azalıb. Respublikaya pul köçürmələrinin həcminin azalması valyuta rejiminin sərtləşdirilməsi ilə əlaqədardır.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə pul köçürmələrinin həcmindən 2,9 dəfə çox olub.
"Nəticədə 9 ay ərzində pul köçürmələri üzrə müsbət saldo $477,2 mln. təşkil edib", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov