Azərbaycanda əlilliyi olan vətəndaşların yanlız 8,3%-i işlə təmin olunub. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Elnur Süleymanov bildirib.
“Azərbaycanda 624 min əlil şəxs var, bu da əhalinin 6,3%-ni təşkil edir.Onlardan yalnız 32.5 min nəfər və ya 8,3;%-i işlə təmin edilib”, - E.Süleymanov çərşənbə axşamı British Council və Bakcell tərəfindən birfə təşkil olunan “Əlilliyi olan şəxslər əmək bazarında” adlı konfransda qeyd edib.
Onun sözlərinə görə, ölkədə əlil şəxslərin problemlərinin həllinə dövlət büdcəsindən ildə 82 mln. manat ayrılır.
“Azərbaycanda əlil şəxslərin 350 min nəfəri əmək qabiliyyəti olan şəxslərdir”, - E.Süleymanov vurğulayıb.
O əlavə edib ki, ÜmumdünyaSəhiyyəTəşkilatının məlumatına görə, dünyada 1 mlrd.-dan artıq əlil var, bu da planetin 15%-ni təşkil edir.
“Azərbaycanda özünüməşğulluq layihəsi reallaşdırılır. Onun çərçivəsində fiziki qüsuru olan 60 vətəndaş xüsusi hazırlıq kurslarını keçib”, - E.Süleymanov bildirib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasiməsələlərüzrə ikinci katibi Holder əlilliyi olan vətəndaşların əmək potensialının artırılmasının vacibliyini qeyd edib. “Fiziki çatışmazlığı olan şəxslərin işlə təminatı və cəmiyyətə inteqrasiyası imkanlarının artırılması tədbirləri xüsusi önəm kəsb edir. Bu istiqamətdə məhdudiyytlərin aradan qaldırılması məqsədilə səy göstərmək lazımdır”, - o vurğulayıb.
“İl ərzində təşkilatımız 100-dən artıq əlilin əmək bilikləri və bacarıqlarının artırılması istiqamətində dəstək göstərib”, - British Council şirkətinin direktor müavini Nigar Baimova bildirib. **
R.Babayev