Çərşənbə günü Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun beşinci üçtərəfli görüşü keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Görüş dekabrın 20-də Bakıda keçiriləcək”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, görüşdə üçtərəfli regional əməkdaşlıq, o cümlədən birgə layihələrin reallaşdırlması məsələləri müzakirə ediləcək. **
F.İsazadə