2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 mlrd. 786 mln. 256,5 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 mln. 209,8 min nəfər (artım 25,1%), dəniz nəqliyyatı ilə 15,9 min nəfər (azalma 12,6%), hava nəqliyyatı ilə 2 mln. 183 min nəfər (artım 18,9%), metro vasitəsi ilə 207 mln. 560,9 min nəfər (artım 5,3%) daşınıb.
Bu ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 574 mln. 286,9 min sərnişin (artım 1,8%), avtobuslarla 1 mlrd. 511 mln. 660,1 min sərnişin (artım 1,8%), taksilərlə 62 mln. 626,8 min sərnişin (artım 3%) daşınıb.**
B.Rüstəmbəyov