2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə $9 mln. 688,5 min dəyərində avtobus idxal edilib, bu isə 2016-cı ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya 148 ədəd avtobus (artım 97,3%) idxal olunub.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana $11 mln. 696,3 min dəyərində (artım 44,7%) 795 ədəd yük avtomobili (artım 89,7% dəfə) idxal edilib.
2017-cı ilin yanvar-oktyabr aylarında ölkəyə 7,098 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 88% çoxdur. Qeyd etmək lazımdır ki, Komitə ölkəyə idxal etdiyi minik avtomobillərinin dəyərini açıqlamır. **
B.Rüstəmbəyov