Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların 13-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 47 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.**
R.Babayev