Rusiyanın Həştərxan vilayətində Azərbaycanın konsulluğunun açılması ikitərəfli gündəliyin əsas məsələrindəndir. Bu barədə Həştərxan vilayətinin qubernatorunun Administrasiyası məlumat verir.
“Gündəlikdə Həştərxan vilayətində Azərbaycanın konsulluğunun açılması məsələsidir. Bu gün Azərbaycan Həştərxanda diplomatik nümayəndəliyi olmayan yeganə Xəzəryanı dövlətdir. Bundan başqa, Azərbaycan müəssisələri Həştəxanın “Lotos” xüsusi iqtisadi zonasında gözləyirlər”, - Azərbaycan prezident İlham Əliyev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin çərşənbə axşamı Bakıda keçirilən görüşünün yekunlarına dair məlumatda deyilir.
Azərbaycanın «АТЕФ РУСС» şirkəti “Lotos” xüsusi iqtisadi zonanın ilk xarici rezidenti oldu. Şirkət transformator və elektrik avadanlığının istehsalı ilə məşğul olur.
“Tərəflərin Həştrəxan və Bakı arasında hava əlaqəsinin bərpası, kruiz turizminin inkişafı məsələlərinin müzakirəsi planlaşdırılırdı. Hazırda Həştərxanda “beşulduzlu” kruiz laynerinin tikintisi davam edir. Layner həmçinin Xəzər dənizi ilə hərəkət edəcək”, - Administrasiyadan bildirilir.
Həştərxan vilayəti ilə Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlıq aktual mövzulardandır. “Yalnız bu il ərzində 16 mindən artıq xarici pasiyent regional tibb müəssisələrinə müraciət edib. Onlardan 2411 nəfər Azərbaycan vətəndaşıdır”, - məlumatda qeyd olunur.
O cümlədən, təhsil sahəsində əməkdaşlıq Həştərxan-Azərbaycan əlaqələrində perspektivli görünür. Xüsusilə, 2018-ci ildə Həştərxanda “Kvantorium” Uşaq texnoparkı” layihəsinin reallaşdırılmasına başlanacağını nəzərə alsaq. Burada uşaqlar təbiət elmləri və texniki yönümlü yeni nəsil proqramlar əsasında təhsil alacaqlar. **
R.Babayev