Azərbaycan 2017-ci ilin yanvar-oktyabr aylarında pambıq ixracından gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə - 18 min 505,4 tonadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"Cari ilin 10 ayı ərzində $27 mln. 166,6 min dəyərində 18 min 505,4 ton pambıq ixrac edilib. 2016-cı ilin 10 ayı ilə müqayisədə ixracın həcmi 6,5 dəfə, əldə edilən gəlir 8,5 dəfə artıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycan 5,971 min ton pambıq iplik (azalma 29,1%) ixrac edib. İxracdan $13 mln. 496,9 min (azalma 15,2%) məbləğində gəlir əldə olunub.*
B.Rüstəmbəyov