1 dekabr 2017-ci il tarixinə Azərbaycanda 3 mln. 559,22 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 6,15% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“2017-ci ilin yanvar-noyabr aylarında 185,663 min sosial sığorta üzrə fərdi hesab açılıb”, məlumatda deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
N.Abbasova