İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) qurğuların rekonstruksiyası üzrə podratçısı olub. Bu barədə SOCAR-dan məlumat verilib.
Çərşənbə axşamı Bakıda SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib.
Mlumata görə, 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəl
NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:yeni qurğuların inşası vəmövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.
NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub. Birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsi tikilib istismara veriləcək.
İkinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası nəzərdə tutulur.
Üçüncü mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması planlaşdırılır.
Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək.
Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur. **
N.Abbasova