Dünya Bankı Cənubi Qafqazda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqiilə bağlı tədqiqata başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“DB Cənubi Qafqazda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqiilə bağlı tədqiqata başlamağı planlaşdırır. Tədqiqatlar 6 ay ərzində aparılacaq”, - məlumatda deyilir.
Tədqiqat çərçivəsində regionda mövzu ilə bağlı hazırkı vəziyyət öyrəniləcək və tövsiyələr hazırlanacaq.
Araşdırılacaq innovativ texnologiyalar investisiya ehtiyaclarının öyrənilməsi, təchizat zəncirinin təşkili, ekoloji qiymətləndirməni əhatə edəcək.
“Bu texnologiyalar daha əlçatan olur. Bu səbəbdən tədqiqatların məqsədi aqrar sektorunda onların daha fəal istifadə üçün şəraitin yaradılmasıdır” - nazirlikdən qeyd ediblər. **
A.Əzizov