Bakı, Ankara və Tehran ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyinin Tel-Əvivdən köçürülməsinə dair qərarı qəbul edə bilməz. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Biz Qüds ətrafında vəziyyəti və ABŞ-ın qərarını müzakirə etdik. Azərbaycan, İran və Türkiyə ABŞ-ın Qüdsə dair qərarını qəbul edə bilməz”, - E.Məmmədyarov çərşənbə günü üç ölkənin XİN rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ cümə axşamı BMT Baş Assambleyasında müzakirə ediləcək.
“Biz müvafiq qətnamə layihəsinin lehinə səs verməyi razılaşdırdıq”, - nazir vurğulayıb.
Öz növbəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu qeyd edib ki, “ABŞ-ın qərarı səhvdir və Türkiyə fələstinli qardaşlarını dəstəkləyir”.
Həmçinin M.C.Zərifbildirib ki, Tehran “Qüds məsələsinə dair Vaşinqtonun mövqeyini qəbul etmir”.
Dekabrın 21-də BMT Baş Assambleyasının 10-cu fövqəladə sessiyasının 37-ci plenar toplantısı keçiriləcək. **
F.İsazadə