2018-ci il yanvar ayının ortalarında Avropa şəhərlərinin birində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində növbəti görüş keçirəcəklər.
“Yanvarın ortalarında Avropa şəhərlərinin birində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub”, - E.Məmmədyarov çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş 2018-ci il yanvar ayının ortalarında planlaşdırılıb, lakin yaxın zamanda dəqiq tarix barədə məlumat veriləcək.
“Biz (Azərbaycan - İF) hətta iki gün danışıqlar aparmağa hazırıq, əsas nəticə əldə etməkdir”, - nazir əlavə edib. **
F.İsazadə