Türkiyənin Rusiya və İranla tərəfdaşlığında məqsəd Suriyada hərcmərcliyə son qoymaqdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz (Türkiyə - İF) Suriyamünaqişəsinin həlli üzrə Astana prosesini dəstəkləyirik. Məqsədimiz Rusiya və İrandan olan tərəfdaşlarımızla Suriyada hərcmərcliyə son qoymaqdır”, - M.Çavuşoğlu çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə Suriyamünaqişəsinin həlli üzrəCenevrə prosesinin heç bir nəticə vermədiyinə görə təəssüf edir. **
F.İsazadə