Ankara və Yerevan arasında münasibətlər yalnız erməni silahlı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra bərpa oluna bilər. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yerevanla münasibətlərin bərpa olunmasına gəlincə, bunun üçün Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır", - deyə o, bu gün Bakıda mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Yerevan qonşuları ilə münasibətlərinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə hörmələ yanaşmalıdır.
M.Çavuşoğlu qeyd edib ki, yaranmış vəziyyətdə Ermənistanın özü günahkardır. "Mövcud vəziyyətdə Ermənistan günahkar olsa da, özünü ədalətli göstərmək istəyir. Azərbaycan torpaqlarının işğalı faktı göz qabağındadır. Xocalı soyqırımını da xatırlayırıq. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul olan istənilən həll yolunu dəstəkləyir", - deyə o əlavə edib.*
F.İsazadə