Tehran Suriya böhranının sülh yolu ilə həllinə yönəlib. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifdeyib.
“Biz (İran - İF) Suriyada vəziyyətin siyasi yolla həllinə yönəlmişik. Tehran Suriya böhranının nizamlanması üzərində işi davam etdirəcək”, - M.C.Zərif çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “İran Suriya xalqları konqresinin Soçidə görüşünün keçirilməsinə dair Moskvanın təklifini dəstəkləyir”.
M.C.Zərif əlavə edib ki, “yalnız Suriyada yeni konstitusiya qəbul edildikdən sonra bu ölkədə prezident seçkiləri keçirilə bilər”. **
F.İsazadə