2015-ci ildən etibarən “ASAN xidmət” sahibkarlara müxtəlif növ fəaliyyətin həyata keçirilməsi üçün 4,832 min lisenziya verib. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Bunun 2676-cı yeni, daha 2156-sı müddətsiz lisenziya ilə əvəz olunub. Lisenziyalar dövlət təhlükəsizliyinə dair fəaliyyət istisna olmaqla, bütün növlər üzrə təqdim olunub”, - S.Məmmədov bildirib.
Onun sözlərinə görə, lisenziya əldə etmək üçün dövlət rüsumu təxminən iki dəfə azalıb. **
B.Rüstəmbəyov