“ASAN xidmət” mərkəzlərinə müraciətlərin ümumi sayı 19 mln.-a yaxın təşkil edir. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
"Fəaliyyətə başladığı vaxtdan bu günədək “ASAN xidmət” mərkəzlərinə vətəndaşlardan 19 mln.-a yaxın müraciət daxil olub. ASAN-ın xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98%-dir”, – deyə o bildirib.
Sədrin sözlərinə görə, mərkəzlərdə 10 nazirlik və idarə tərəfindən 250 növ xidmət göstərilir.
İ.Kərimov əlavə edib ki, hazırda Bakıda 5, bölgələrdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.*
B.Rüstəmbəyov