Bakı, Ankara və Tehran terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edirlər.
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsini imzalayıblar.
“Nazirlər terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər”, - Bəyannamənin mətnində qeyd olunur.
Tərəflər İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsinin vacibliyini qeyd ediblər.
Nazirlər öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan ediblər; separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar.
“Tərəflər milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıblar və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar”, - sənəddə deyilir. **
R.Babayev