“Fitch Ratings” beynəlxalq reytinq agentliyi reytinqlərin verilməsi meyarlarının dəyişməsi ilə əlaqədar bu gün Azərbaycan və MDB-nin bir sıra banklarının reytinqlərinə yenidən baxmağa başlayıb.
“Fitch”in məlumatında deyilir ki, yeni meyarlar "CCC" reytinq proqnozu səviyyəsi ilə yanaşı, "CCC+" və "CCC-" səviyyələrinin tətbiqini nəzərdə tutur.
Agentlik “AtaBank” və Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli emitent defoltu reytinqlərini və dayanıqlılıq reytinqlərini (viability rating) “inkişaf etməkdə olan” proqnozla “Rating Watch” siyahısına daxil edib.
Bu reytiqnlər "CCC" səviyyəsindədir.*
A.Əzizov