SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-noyabr aylarında 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin noyabr ayında SOCAR tərəfindən 604 min ton neft hasil olunub.
2017-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton (azalma 6,4%) təşkil edib.
Noyabrda Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 512 min ton olub.**
N.Abbasova