Azərbaycanda “Azərbaycan Kredit Bürosu” MMC təsis edilib. Bu barədə Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.
“Çərşənbə günü Azərbaycan Beynəlxalq Bankının Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirilib. İclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alınıb”, - məlumatda deyilir.
Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib. **
A.Əzizov