“Bakı Fond Birjası” QSC-nin səhmdarları 2018-ci il üzrə büdcəni təsdiq ediblər. Bu barədə QSC-dən məlumat verilir.
“20 dekabr tarixində “Bakı Fond Birjası”nın səhmdarlarının ümumi yığıncağı keçirilib. İclas zamanı QSC-nin 2018-ci il üzrə büdcəsi təsdiq edilib”, - məlumatda qeyd olunur.
Bundan başqa, səhmdarlar kapital bazarları qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alaraq hazırlanmış 2018-2020-ci illər üzrə Strateji Planı təsdiq ediblər. **
A.Əzizov