Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Səid Mohmand Bakı və İslamabad arasında birbaşa aviareyslərin açılmasının və məsələ ilə əlaqədar danışıqların aparılmasının zəruriliyini qeyd ediblər.
“İki ölkə arasında birbaşa aviareyslərin açılması ilə əlaqədar danışıqlar yaxın gələcəkdə başlaya bilər”, - deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüşdə Pakistandan Azərbaycana gələn turistlərin sayının 2016-cı ilə (təqribən 4000 nəfər) nəzərən 2017-ci ildə 4 dəfə artması (16000 nəfərədək) təqdirəlayiq hal kimi qiymətləndirilib.
“Tərəflər Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər”, - deyə məlumatda vurğulanır.*
R.Babayev