Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev etimadnaməsini Roma Papası Fransiskə təqdim edib.
Papa Fransisk bugünkü mürəkkəb dünyada dialoqun, barışığın və əməkdaşlığın vacibliyini, onların ümumi rifahın inkişafında əhəmiyyətini vurğulayıb.
Roma Papası Fransisk Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə R.Mustafayevi təbrik edib.
Səfir Rəhman Mustafayev dialoqun, dini və etnik müxtəlifliyin Azərbaycan dövlətinin siyasətinin təməl daşı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq üzrə beynəlxalq platformaya çevrildiyini vurğulayıb.
Sonra səfir Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.*
F.İsazadə